GÖZƏL HADİSƏ: Xankəndidə tonqal qalandı – VİDEO

6 Mart 2025 08:10 Hadisə 720
GÖZƏL HADİSƏ: Xankəndidə tonqal qalandı – VİDEO

Xankəndi şəhərində də sakinlər öz adət-ənənələrinə uyğun olaraq doğma torpaqlarında Od çərşənbəsini qeyd edirlər.

Axşam saatlarında şəhərin girişində bayram tonqalı yandırılıb.

Sakinlər tonqal ətrafına toplaşaraq, od çərşənbəsini birlikdə qeyd ediblər. Bayram tonqalı uşaqlar üçün daha maraqlı olub. İnsanlar tonqalın üzərindən atılaraq öz niyyətlərini dilə gətiriblər.

İşğaldan azad olunan ərazilərdə bayramlar xüsusilə qeyd olunur. Xankəndi şəhərində də Novruz bayramı münasibətilə böyük konsert proqramı təşkil ediləcək.

Digər Xəbərlər
Xəbər Lenti
31 Oktyabr 18:10 Çək və bizə göndər!
31 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
31 Oktyabr 04:00 Sevgilisi ilə barışdı