“Paşinyan bizə kiminləsə danışmağı qadağan etmişdi”

4 Mart 2025 08:10 Hadisə 667
“Paşinyan bizə kiminləsə danışmağı qadağan etmişdi”

“Ermənistanın Baş naziri bizə kiminləsə danışmağı, kiminləsə təmasda olmağı qadağan etmişdi”.

Bunu Azərbaycana qarşı hərbi cinayətlər törətməkdə ittiham olunan Qarabağdakı qondarma rejimin “müdafiə naziri” olmuş Lyova Mnatsakanyan deyib.

O, Ermənistan nizami ordusunun tərkibində Azərbaycana qarşı müharibədə iştirakını təsdiq edib:

“Ermənistan nizami ordusunun tərkibində Azərbaycana qarşı müharibədə iştirak etmişəm. Bundan başqa demək istəmirəm əmr nə haqqındadır, bunu hamınız bilirsiniz.

Ümumiyyətlə, mən hərbi xidmətdən tərxis olunduqdan sonra ordu ilə əlaqə olmayıb. Ailə, başqa digər səbəblərə görə istəməmişəm. Bundan başqa, bizə ordu ilə hansısa təmaslar qurmaq qadağan olunmuşdu”.

Digər Xəbərlər
Xəbər Lenti
13 Sentyabr 20:00 Çək və bizə göndər!
13 Sentyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM
13 Sentyabr 08:30 “Qarabağ” NİCAT tapdı
13 Sentyabr 03:20 Canın “Van”ı1:1 etdi