İndi hamı bu cazibədar idman aparıcısından danışır - FOTOLAR

4 Mart 2025 02:30 Hadisə 793
İndi hamı bu cazibədar idman aparıcısından danışır - FOTOLAR

Son günlər futbol dünyasında müzakirə edilən yeni adlardan biri də Miroslava Montemayordur.

Sportinfo.az xəbər verir ki, Miroslava "TNT Sports Mexico" telekanalında işləyir.

O, Çempionlar Liqası matçlarının studiya aparıcısıdır.

Miroslava cavab pley-off matçları zamanı tamaşaçılarını məmnun edən geyimdə kamera qarşısına keçib. Bununla azarkeşlərin sevimlisinə çevrilib.

Meksikalı aparıcı 1990-cı ilin yanvarın 5-də Quadalupedə anadan olub. 2012-ci ildə o, "Miss Mexico" müsabiqəsinin qalibi olub və 2013-cü ildə "Miss International" gözəllik müsabiqəsində ölkəsini təmsil edib.

2014-cü ildə Miroslava televiziya karyerasına başlayıb. Onun CV-sindəki ilk iş yeri "Azteca TV" kanalı olub.

O, əsasən idman yarışlarının yayımında çalışıb. İlk böyük yayımı 2015-ci ildəki "Super Boul" olub.

Montemayor daha sonra ESPN-də çalışaraq, kanalın izləyiciləri üçün 2018-ci ildə keçirilən Dünya Kuboku haqqında reportajlar hazırlayıb.

O, bu həftə yenidən meksikalı futbol azarkeşlərini sevindirəcək. Çünki qarşıdan Çempionlar Liqasının 1/8 final oyunları gəlir və o, bu yayımların aparıcısı olacaq.

Digər Xəbərlər
Xəbər Lenti
13 Sentyabr 20:00 Çək və bizə göndər!
13 Sentyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM
13 Sentyabr 08:30 “Qarabağ” NİCAT tapdı
13 Sentyabr 03:20 Canın “Van”ı1:1 etdi