AFFA bu nazirliklə razılığa gəldi - Yeni layihəyə start verilir

2 Mart 2025 09:25 Hadisə 1 099
AFFA bu nazirliklə razılığa gəldi - Yeni layihəyə start verilir

AFFA, Elm və Təhsil Nazirliyinin birlikdə əməkdaşlıq çərçivəsində məktəb və futbol klublarında SCALE (İdman karyerası və akademik öyrənmənin gücləndirilməsi) layihəsi start götürür.

Sportinfo.az xəbər verir ki, 2025-ci ilin dekabrına qədər davam edəcək bu beynəlxalq layihədə məqsəd gənc futbolçuların həm idmanda, həm də təhsildə uğur qazanmasına dəstək olmaqdır.

Layihə Azərbaycan, İtaliya, Rumıniya, Malta və Moldova futbol federasiyalarının əməkdaşlığı, UEFA-nın dəstəyi ilə həyata keçirilir.

Məktəblərdə və futbol klublarında icra olunacaq bu təşəbbüs ikili karyera modelini tətbiq edərək, gənc oyunçuların akademik və idman inkişafını təmin edəcək.

Bununla əlaqədar martın 1-də SCALE layihəsi çərçivəsində məşqçi müəllimlər üçün müxtəlif təlimlər və praktiki məşğələlər təşkil olunacaq.

Digər Xəbərlər
Xəbər Lenti
14 Sentyabr 18:10 Çək və bizə göndər!
14 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
14 Sentyabr 13:40 "Şəfa" VÜSALına qovuşdu
14 Sentyabr 11:20 "Qarabağ"ı uda bilərdik"