Dünyanın məşhur klubunun prezidenti Azərbaycana gəlir?

1 Mart 2025 01:00 Hadisə 648
Dünyanın məşhur klubunun prezidenti Azərbaycana gəlir?

“Barselona”nın prezidenti Xuan Laportanın bu gün Azərbaycana gələcəyi gözlənilir.

Sportinfo.az xəbər verir ki, bu barədə “Mundo Deportivo” nəşri iddia irəli sürüb.

Səfərin məqsədi Azərbaycanda “Barselona” futbol akademiyasının yaradılması, eləcə də yeni investorların tapılmasıdır.

Bununla bağlı Laportanın Bakıda iş adamı Adnan Əhmədzadə ilə görüşü gözlənilir. Bildirilir ki, azərbaycanlı iş adamı ölkədə həll olunmaq ehtimalı yüksək klubun iqtisadi məsələlərində əsas rol oynaya bilər.

Laporta Azərbaycanda İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyası üçün noyabrda Bakıya səfər etmişdi.

Digər Xəbərlər
Xəbər Lenti
31 Oktyabr 18:10 Çək və bizə göndər!
31 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM