Bakıda hamı məşhur adamın başına yığışdı – FOTOLAR

28 Fevral 2025 02:00 Hadisə 484
Bakıda hamı məşhur adamın başına yığışdı – FOTOLAR

AFFA-nın dəvəti ilə Bakıda səfərdə olan UEFA Hakimlər Komitəsinin üzvü Byorn Kuypers hakimlərimizə seminar keçib.

Sportinfo.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

Açılış mərasimində AFFA Hakimlər Komitəsinin sədri Frank De Bleker tədbir iştirakçılarını salamlayıb.

Daha sonra çıxış edən AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev Azərbaycanda hakimliyin böyük ənənəyə malik məktəbinin olduğunu bildirib.

S. Hacıyev bu il tanınmış hakim Tofiq Bəhramovun 100 illik yubileyinin olduğunu xatırladıb. O, əlavə edib ki, mərhum hakimin parlaq karyerası gənclərə nümunə olmalıdır.

Byorn Kuypers seminarda liderlik və oyun idarəçiliyi, eyni zamanda kommunikasiya üzrə təcrübələrini bölüşüb. O, azərbaycanlı hakimlərin müxtəlif mövzularla bağlı suallarını cavablandırıb.

2025-ci ildə FIFA hakimi kimi fəaliyyət göstərəcək referi və referi köməkçilərinə müvafiq emblemlər təqdim olunduqdan sonra bağlanış mərasimi baş tutub.

AFFA rəsmiləri dəvəti qəbul edərək hakimlərimizə seminar keçmək üçün Bakıya gələn Byorn Kuypersə təşəkkürlərini bildiriblər.

Niderlandlı qonağa onun təvəllüdünü əks etdirən milli komandamızın 73 nömrəli forması hədiyyə olunub.

Tədbirdən sonra media nümayəndələri üçün brifinq təşkil edilib.

Qeyd edək ki, Byorn Kuypers, eyni zamanda UEFA Talant və Mentor Proqramının rəhbəri və hakim-inspektordur.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 21:20 Layiqli çempionluq!
23 Aprel 20:00 Qəsd və qələt!
23 Aprel 18:10 Çək və bizə göndər!
23 Aprel 04:50 "Bunlar bəhanə deyil"