"Mənim atam necə irqçi ola bilər ki?” - Məşhur hücumçu sözünü dedi

27 Fevral 2025 18:40 Hadisə 699
"Mənim atam necə irqçi ola bilər ki?” - Məşhur hücumçu sözünü dedi

“Qalatasaray”ın keçmiş ulduz futbolçusu Didye Droqba “Fənərbaxça”nın baş məşqçisi Joze Mourinyonun irqçilikdə ittiham edilməsinə reaksiya verib.

Sportinfo.az xəbər verir ki, o bu barədə sosial media hesabında paylaşım edib.

“Sarı-qırmızı formanı geyindiyim zamanlarda nə qədər qürur duyduğumu və Türkiyənin ən yaxşı klubuna olan sevgimi bilirsiniz. Joze Mourinyo ilə bağlı son şərhləri gördüm.

Mən onu uzun illərdir tanıyıram və bilirəm ki, o, irqçi deyil. Gəlin matçlarımıza fokuslanaq, aslanlarımızı dəstəkləyək. Mənim atam necə irqçi ola bilər ki?”

“Fənərbaxça”nın baş məşqçisi Joze Mourinyo “Qalatasaray” ilə keçirilən matçdan (0:0) sonra rəqib komandanın ehtiyat oyunçular skamyasını nəzərdə tutaraq “meymun kimi tullanırdılar” ifadəsini işlədərək qalmaqala səbəb olub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 21:20 Layiqli çempionluq!
23 Aprel 20:00 Qəsd və qələt!
23 Aprel 18:10 Çək və bizə göndər!
23 Aprel 04:50 "Bunlar bəhanə deyil"