Xocalı Soyqırımı Memorial Kompleksi yaradılacaq

26 Fevral 2025 08:10 Hadisə 652
Xocalı Soyqırımı Memorial Kompleksi yaradılacaq

Prezident İlham Əliyev “Xocalı şəhərində Xocalı Soyqırımı Memorial Kompleksinin yaradılması haqqında” Sərəncam imzalayıb.

Sərəncama əsasən, Azərbaycan xalqına qarşı törədilmiş soyqırımının beynəlxalq səviyyədə tanıdılması və Xocalı faciəsi qurbanlarının əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə Xocalı şəhərində Xocalı Soyqırımı Memorial Kompleksi yaradılacaq.

Xocalı Soyqırımı Memorial Kompleksinin yaradılması məqsədilə Mədəniyyət Nazirliyinə 18,3 milyon manat ayrılıb.

Mədəniyyət, İqtisadiyyat və Fövqəladə Hallar nazirliklərinə, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinə, həmçinin digər aidiyyəti dövlət orqanlarına (qurumları) Soyqırımı Memorial Kompleksinin yaradılması məsələlərinin həlli ilə bağlı zəruri tədbirlər görmək tapşırılıb.

Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll edəcək.

Digər Xəbərlər
Xəbər Lenti
13 Sentyabr 20:00 Çək və bizə göndər!
13 Sentyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM
13 Sentyabr 08:30 “Qarabağ” NİCAT tapdı
13 Sentyabr 03:20 Canın “Van”ı1:1 etdi