“O, 4 mübahisəli ildən sonra “Neftçi”də tam həzz almağa başlayıb” - FOTO

25 Fevral 2025 23:20 Hadisə 1 869
“O, 4 mübahisəli ildən sonra “Neftçi”də tam həzz almağa başlayıb” - FOTO

Seneqal mətbuatı xaricdə çıxış edən yerli futbolçulardan ibarət həftənin simvolik komandasını bir araya gətirib.

Sportinfo.az xəbər verir ki, rəmzi komandada “Neftçi”nin müdafiəçisi Mustafa Sek də yer alıb.

"Wiwsport" portalı Bakı klubunun legioneri barədə bunları da əlavə edib:

"Ötən yaydan Azərbaycanda çıxış edən Mustafa Sek Portuqaliyada dörd mübahisəli ildən sonra yenidən futboldan tam həzz almağa başlayıb.

29 yaşlı müdafiəçi “Neftçi”nin heyətində bir sra yaxşı oyunlar keçirməyi bacarıb. Onlardan biri də ötən həftə “Sumqayıt”a qarşı (1:0) görüş oldu. Müdafiənin sol cinahında çıxış edən Sek təkbətək mübarizələrdən etibarlı çıxa bilmişdi".

29 yaşlı müdafiəçi 2024-cü il avqustun 23-də “Neftçi” ilə müqavilə imzalayıb. Onun bu klubla müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 21:20 Layiqli çempionluq!
23 Aprel 20:00 Qəsd və qələt!
23 Aprel 18:10 Çək və bizə göndər!
23 Aprel 04:50 "Bunlar bəhanə deyil"