Məşhur hücumçu yeni sevgilisini göstərdi - FOTOLAR

25 Fevral 2025 02:40 Hadisə 844
Məşhur hücumçu yeni sevgilisini göstərdi  - FOTOLAR

"Qalatasaray"ın hücumçusu Mauro İkardi yeni sevgilisini nümayiş etdirərək şəxsi həyatı ilə bağlı spekulyasiyalara və ehtimallara son qoyub.

Sportinfo.az xəbər verir ki,31 yaşlı ulduz Vanda Nara ilə ayrıldıqdan sonra argentinalı aktrisa, müğənni və model Çin Suareslə münasibətdə olduğunu təsdiqləyib.

Futbolçu yeni sevgilisi ilə birgə fotolarını “Instagram” səhifəsində yerləşdirib.

Deyirlər ki, ən yaxşı hekayələr heç gözləmədiyin anda başlayır... Kim bilir... Bu, taleyin işidir...

Nə qədər vaxt keçməsindən və keçdiyiniz yolların nə qədər olmasından asılı olmayaraq həmişə iki insanı bir araya gətirmək üçün bir yol tapan taleyin...

Çünki elə qarşılaşmalar var ki, sanki ulduzlara yazılmışdır, uşaq vaxtı hər gecə baxdığımız, onları müşayiət etdiyimiz, o qədər şeylər xəyal etdiyimiz...

Bu gün mənin artıq "Heç bir işarəyə ehtiyacım yoxdur... Bilirəm ki, səninlə mən olmalı olduğum yerdəyəm", - İkardi sosial şəbəkədə yazıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 21:20 Layiqli çempionluq!
23 Aprel 20:00 Qəsd və qələt!
23 Aprel 18:10 Çək və bizə göndər!
23 Aprel 04:50 "Bunlar bəhanə deyil"