"Mənim ən böyük sevincim futbol oynamaqdır" - Künc zərbəsindən qol vurdu, paylaşım etdi

25 Fevral 2025 01:30 Hadisə 659
"Mənim ən böyük sevincim futbol oynamaqdır" - Künc zərbəsindən qol vurdu, paylaşım etdi

“Santos”un hücumçusu Neymar Braziliya klubuna qayıtdıqdan sonra ilk qolunu vuraraq, sosial şəbəkədə paylaşım edib.

Sportinfo.az xəbər verir ki, braziliyalı forvard paylaşımında ən böyük sevincinin futbol oynamaq olduğunu bildirib:

“Mənim ən böyük sevincim futbol oynamaqdır”.

33 yaşlı futbolçu Braziliya çempionatının 12-ci turunda, “İnter Limeyra” ilə matçın 27-ci dəqiqəsində qol vurub.

O, küncdən birbaşa zərbə ilə fərqlənib. Matç Neymarın da iki məhsuldar ötürməsi ilə “Santos”un 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Neymar peşəkar futbolçu karyerası ərzində “Santos”, “Barselona”, PSJ və “Əl-Hilal” klublarında çıxış edib. O, Braziliya millisində 128 oyun keçirib və 79 qola imza atıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 21:20 Layiqli çempionluq!
23 Aprel 20:00 Qəsd və qələt!
23 Aprel 18:10 Çək və bizə göndər!
23 Aprel 04:50 "Bunlar bəhanə deyil"