Rəşad Sadıqov stadiondan qarlı paylaşım etdi - VİDEO

24 Fevral 2025 18:00 Hadisə 726
Rəşad Sadıqov stadiondan qarlı paylaşım etdi - VİDEO

Zirə Olimpiya Kompleksinin stadionunun ot örtüyü hələ də qardan təmizlənməyib.

Sportinfo.az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Rəşad Sadıqov instaqram hesabında paylaşım edib.

Paylaşımdan görünür ki, arenanın ot örtüyü hələ də bu gün keçiriləcək “Kəpəz”lə matça hazır deyil.

Azərbaycan Premyer Liqasının 24-cü turu çərçivəsində keçirilməli olan “Zirə” – “Kəpəz” matçı ötən gün qara görə təxirə salınıb.

Bu gün baş tutacaq oyunun əvvəlcə 16:00-da start götürəcəyi açıqlansa da, PFL qarşılaşmanın başlama saatını 18:00-a çəkib. Amma matçın startı yubanır.

“Zirə” - “Kəpəz” matçı stadionda VAR, həmçinin digər texniki avadanlıqların tənzimlənməsi və yoxlanılması işləri aparıldıqdan, eləcə də komandaların isinmə hərəkətlərindən sonra start götürəcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 21:20 Layiqli çempionluq!
23 Aprel 20:00 Qəsd və qələt!
23 Aprel 18:10 Çək və bizə göndər!
23 Aprel 04:50 "Bunlar bəhanə deyil"