Rayonun iki komandası Azərbaycan çempionatından kənarlaşdırıldı

20 Fevral 2025 03:20 Hadisə 1 527
Rayonun iki komandası Azərbaycan çempionatından kənarlaşdırıldı

AFFA İntizam Komitəsi U-10 və U-12 Liqasında çıxış edən Bərdənin "Pambıqçı" komandalarını yarışlardan kənarlaşdırıb.

Sportinfo.az xəbər verir ki, hər iki kollektiv son oyunlarda təyin olunan vaxtda meydanda olmadıqları üçün bu halla üzləşiblər.

Onlar müvafiq olaraq Tərtərin "Ramal" və Zərdab təmsilçisi "Məhsul"la nəzərdə tutulan görüşdə iştirak etməyiblər.

Hər ikisinə 0:3 hesablı texniki məğlubiyyət verilib və bu hal cari mövsümdə üçüncü dəfə yaşandığından "Pambıqçı"nın komandaları çempionatdan uzaqlaşdırılıblar.

Digər Xəbərlər
Xəbər Lenti
13 Sentyabr 20:00 Çək və bizə göndər!
13 Sentyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM
13 Sentyabr 08:30 “Qarabağ” NİCAT tapdı
13 Sentyabr 03:20 Canın “Van”ı1:1 etdi