Millinin eks futbolçusunun qızı ulduz ərindən BOŞANDI - FOTOLAR

20 Fevral 2025 02:30 Hadisə 1 096
Millinin eks futbolçusunun qızı ulduz ərindən BOŞANDI - FOTOLAR

Fransanın və "Çelsi"nin keçmiş oyunçusu Frank Lebefanın qızı Jade realiti-şou ulduzu Stefan Rodriqesdən boşandığını açıqlayıb.

Sportinfo.az xəbər verir ki, qız “Instagram” səhifəsində sevgilisindən ayrıldığını yazıb və 9 illik münasibətə son qoymaq qərarının düşünülərək verildiyini vurğulayıb.

“9 illik sevgi, anlayış və gözəl xatirələrdən sonra Stefanla mən ayrı yollarımıza getməyə qərar verdik.

iz bu qərarı diqqətlə nəzərdən keçirdik və bu, qarşılıqlı hörmət və sevgi ilə əlamətdardır, çünki biz, ilk növbədə, özümüz və oğlumuz üçün ahəngdar ailə münasibətləri saxlamaq istəyirik”, - fransalı xanım öz postunda vurğulayıb.

Lebef və Rodriqes birlikdə 2022-ci ildə doğulan oğlu İlonu böyüdüblər.

Yadenin əsas fəaliyyəti modellikdir. O, tez-tez “Instagram”da cazibədar geyimdə çəkdirdiyi şəkilləri yerləşdirir.

Digər Xəbərlər
Xəbər Lenti
31 Oktyabr 18:10 Çək və bizə göndər!
31 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM