COP29

Vətən müharibəsi iştirakçısı işlədiyi yerdə hündürlükdən yıxılıb öldü

8 Oktyabr 08:10 Hadisə 914
Vətən müharibəsi iştirakçısı işlədiyi yerdə hündürlükdən yıxılıb öldü

Vətən müharibəsi iştirakçısı işlədiyi yerdə yıxılaraq ölüb.

Hadisə Lənkəran rayonunun Bəlləbur kəndində baş verib.

Belə ki, kənd sakini 1993-cü il təvəllüdlü Elgün Rza oğlu Rzazadə işlədiyi emalatxanada yıxılıb.

O, dərhal Lənkəran Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunub.

Vəziyyəti ağır olan E. Rzazadə reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, həyatını itirən Elgün Rzazadə Vətən müharibəsi iştirakçısı olub və Şuşa uğurunda gedən döyüşlərdə iştirak edib. Döyüşlərdə göstərdiyi şücaətə görə medalla təltif olunub.

Faktla bağlı araşdırma aparılır.

Digər Xəbərlər
Xəbər Lenti