Klub ölən futbolçunun maaşı ailəsinə veriləcək - FOTO

31 Avqust 2024 00:00 Hadisə 741
Klub ölən futbolçunun maaşı ailəsinə veriləcək - FOTO

Matç zamanı huşunu itirib 5 gün sonra vəfat edən “Nasional”ın uruqvaylı futbolçusu Xuan İzquierdonun maaşı ailəsinə veriləcək.

Sportinfo.az xəbər verir ki, bu barədə klubun prezidenti bildirib.

Belə ki, ailə futbolçunun 2032-ci ildə bitəcək müqaviləsinə qədər onun əməkhaqqını almağa davam edəcək.

Müqavilə başa çatdıqdan sonra isə klub ailəyə dəstəyini dayandırmayaraq onlara xüsusi bir məbləğ ödəməyi planlaşdırıb.

Digər Xəbərlər
Xəbər Lenti