Tanınmış idmançını anası hicablı olduğuna görə təhqir etdilər - FOTOLAR

27 Avqust 2024 10:20 Hadisə 792
Tanınmış idmançını anası hicablı olduğuna görə təhqir etdilər - FOTOLAR

Olimpiya Oyunlarında mükafat qazanan türkiyəli atıcı Yusuf Dikeç paylaşımına görə təhqirlərə məruz qalıb.

Sportinfo.az xəbər verir ki, atıcı “X” hesabında anası ilə olan şəklini paylaşıb və bu sözləri yazıb:

“My most precious” (Mənim ən dəyərlim).

Bəzi sosial şəbəkə istifadəçiləri isə sözügedən fotonu rüsvayçılıq hesab etdiklərini bildirərək “Hər kəsə rüsvay olduq. Bizi ərəb biləcəklər” tipli şərhlər yazıblar. Onlar bunu idmançının anasının hicabda olması ilə əlaqələndiriblər.

Paris-2024 Yay Olimpiya Oyunlarında Türkiyəyə atıcılıq yarışlarında gümüş medal qazandıran 51 yaşlı Yusuf Dikeç əli cibində atış etməklə dünyanın gündəminə düşmüşdü.


Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 18:10 Çək və bizə göndər!
24 Aprel 03:40 “Geri qaytara bildim”