Gürcüstan millisinin və "Napoli"nin (İtaliya) ulduzu Xviça Kvaratsxeliya ata olub.
Sportinfo.az xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesablarında məlumat yayıb.
23 yaşlı yarımmüdafiəçinin oğul övladı dünyaya gəlib. Futbolçu oğluna Damian adını verib.
Xviça paylaşımında yazıb: “Həyatımın ən xoşbəxt günü - 21 avqust 2024-cü il. Xoş gəldin, Damian Kvaratsxeliya”.
Xviça 2022-ci ilin yayından "Napoli"də oynayır.
Onun atası Badri Kvaratsxeliya isə Azərbaycan millisinin sabiq hücumçusudur. O, vaxtilə “Kəpəz” və “Şəmkir”in formasını geyimib.

