“Karyeramın ən çətin anını Azərbaycanda yaşadım, ayağım sındı”

22 Avqust 2024 09:20 Hadisə 927
“Karyeramın ən çətin anını Azərbaycanda yaşadım, ayağım sındı”

“Zirə”nin sabiq müdafiəçisi, hazırda “Ximki”nin şərəfini qoruyan Nemanya Ancelkoviç Azərbaycanda yaşadığı karyeradan bəzi epizodları xatırlayıb.

Sportinfo.az xəbər verir ki, Rusiya klubunun rəsmi saytına danışan serbiyalı ölkəmizdə yaşadığı çətinliklərindən bəhs edib:

"Dil baryeri? Rus və serb dilləri çox oxşardır. Mən rus dilini hələ Bakıda olanda öyrənməyə başlamışdım.

İndi mənim üçün daha asandır. Karyeramın ən çətin anına gəlincə, Azərbaycanda oynayanda ayağım sınmışdı.

Bu, 2021/22 mövsümü idi. Beş ay futboldan kənarda qaldım.

Çox çətin vaxt idi. İlk növbədə psixoloji cəhətdən. Fikirlər beynimdə daim fırlanırdı. Amma mən geri döndüm və buna görə şadam".

Ancelkoviç “Zlatibor”, yoxsa “Zirə”?, Bakı, yoxsa Tolyatti?” suallarına isə belə cavab verib:

“Zlatibor”u seçərdim. Çünki karyerama orada başlamışam. Bakı ilə Tolyattini müqayisə etsək, Bakını seçərdim”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 18:10 Çək və bizə göndər!