Kəlbəcərdə mövqelərimiz atıcı silahlardan atəşə tutuldu

20 Avqust 2024 07:10 Hadisə 869
Kəlbəcərdə mövqelərimiz atıcı silahlardan atəşə tutuldu

Avqustun 18-i saat 23:50 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Zərkənd yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Dəmirçidam yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.

Bu barədə Müdafiə Nazirliyindən bildirilib.

Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb.

Digər Xəbərlər
Xəbər Lenti