zərbaycan və Ermənistan idmançılarının qarşılaşması yenidən gündəmdə - VİDEO

17 Avqust 2024 04:10 Hadisə 681
zərbaycan və Ermənistan idmançılarının qarşılaşması yenidən gündəmdə - VİDEO

2008-ci ildə Pekində keçirilən yay Olimpiya Oyunlarında Azərbaycan və Ermənistan idmançılarının qarşılaşması yenidən gündəmə çevrilib.

Sportinfo.az xəbər verir ki, sosial şəbəkə istifadəçiləri Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın o zamanlı rəhbəri Serj Sərkisyanın da izlədiyi görüşü yenidən trendə çeviriblər.

Sözügedən qarşılaşmada Rövşən Bayramov Roman Arayonla qarşılaşır və böyük hesabla qələbə qazanır.

Videodan aydın olur ki, Əliyev təmkinini qorusa da, Sərkisyan həyəcanını gizlədə bilmir. Rövşənin qələbəsindən sonra İlham Əliyev onu ayaqüstə alqışlayır, erməni nümayəndə heyəti isə sarsılır.

Serj Sərkisyan Azərbaycan idmançısının qalib gəlməsi münasibəti ilə İlham Əliyevi təbrik edir və onun əlini sıxır.

Böyük Qələbəyə gedən yol addım-addım qazanılmışdı: bütün sahələrdə, o cümlədən dünyanın istənilən siyasi, mədəni, idman və digər platformalarında, açıq və qapalı danışıqlarda, masada və meydanda (Aprel, Cünnüt savaşları), KTMT-nin məxfi müzakirələrində, Qərb paytaxtlarında, debatlarda Azərbaycan hər dəfə qalib ayrılırdı...

Nəhayət, 2020-ci ildə həlledici, 2023-cü ildə isə yekun Qələbə ilə torpaqlarımız azad edildi.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 18:10 Çək və bizə göndər!