Məşhur futbolçunun atası avtomobil dayanacağında bıçaqlandı - Vəziyyəti ağırdır

16 Avqust 2024 15:20 Hadisə 664
Məşhur futbolçunun atası avtomobil dayanacağında bıçaqlandı - Vəziyyəti ağırdır

“Barselona”nın yarımmüdafiəçisi Lamin Yamalın atası Munir Nazraui xəstəxanadadır, o, bıçaq yarası ilə ağır vəziyyətdədir.

Sportinfo.az “La Vanguardia”-ya istinadən xəbər verir ki, Mataro şəhərində naməlum şəxs avtomobil dayanacağında Nazrauiyə hücum edib.

O, San Ruti xəstəxanasına aparılıb.

Polis hadisəni araşdırır və artıq şahidlər tapıb. Lakin hazırda “Barselona”nın futbolçusunun atasına hücumun hansı şəraitdə baş verdiyi məlum deyil.

Lamin Yamal “Barselona”nın məzunudur. 17 yaşlı futbolçu İspaniya və Avropa çempionudur. İspaniya millisinin üzvü AÇ-2024-də turnirin ən yaxşı gənc oyunçusu seçilib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 18:10 Çək və bizə göndər!