COP29

30 ildən sonra daha 7 Qarabağ şəhidi dəfn edildi - FOTOLAR

16 Avqust 07:10 Hadisə 285
30 ildən sonra daha 7 Qarabağ şəhidi dəfn edildi - FOTOLAR

Birinci Qarabağ müharibəsində itkin düşmüş, 30 ildən sonra dəfn yeri və kimliyi müəyyənləşdirilən şəhidlər Cavanşir Hüseynov və Tahir Şirinovun qalıqları ailələrinə təhvil verilib.

APA xəbər verir ki, hər iki şəhidin qalıqları bu gün Abşeron rayonunun Mehdiabad qəsəbəsindəki Şəhidlər xiyabanında dəfn edilib.

Cəbrayıl rayonunun Doşulu kənd sakini Şirinov Tahir Şirin oğlu 23 oktyabr 1993-cü il tarixdə atası Şirinov Şirin Bilal oğlu, qardaşı Şirinov Nazim Şirin oğlu və dayısı oğlu Hüseynov Cavanşir Ərşad oğlu ilə birlikdə Füzuli rayonunun Şükürbəyli kəndində itkin düşüb. Nazim Şirinovun qalıqları iyunun 7-də Mehdiabaddakı Şəhidlər xiyabanında dəfn olunub.

***

“Report”un məlumatına görə, həmçinin qalıqları aşkar edilən Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan şəhidlər Elman Hüseyn oğlu Camalov, Əbülfəz Əbülfət oğlu Əbilovun nəşi Mehdiabad qəsəbəsi Şəhidlər xiyabanında dəfn olunub.

Dəfn mərasimində şəhidlərin doğmaları, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

***

Eləcə də Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan şəhidlər Camaləddin İbad oğlu İbrahimovun nəşi Bakı şəhəri Əmircan kənd qəbiristanlığında, Qənbər Teymur oğlu Yarıyevin nəşi Salyan rayonu Şəhidlər xiyabanında torpağa tapşırılıb.

İtkin düşmüş hesab olunan mülki şəhid Təranə (Əsmayə) Davud qızı Zeynalova isə Bərdə şəhər qəbiristanlığında dəfn olunub.









Digər Xəbərlər
Xəbər Lenti
12 Sentyabr 21:00 Tualet olayına REAKSİYA
12 Sentyabr 18:10 Çək və bizə göndər!
12 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
12 Sentyabr 11:20 Bir-bir…
12 Sentyabr 05:30 Uill Smit Azərbaycanda!