Erməni futbolçu Bakıya gəlməkdən QORXUB?

13 Avqust 2024 11:20 Hadisə 958
Erməni futbolçu Bakıya gəlməkdən QORXUB?

"Osiyek”in erməni futbolçusu Stepa Mkrtçyan komandasının UEFA Konfrans Liqasında "Zirə” ilə cavab oyunu üçün Bakıya gəlməyəcək.

Sportinfo.az xəbər verir ki, bu barədə ermənu idman jurnalisti Suren Meliksetyan məlumat yayıb.

"Qərar Xorvatiya klubunun rəhbərliyi tərəfindən futbolçunun təhlükəsizliklə bağlı əlaqədar qəbul edilib" deyə erməni jurnalist bildirib.

Zəruri olaraq qeyd edək ki, bu günə qədər Azərbaycanda keçirilən idman tədbirlərində Ermənistan nümayəndələrinin təhlükəsizliyi yüksək səviyyədə təmin olunub və onlarla bağlı heç bir problem yaranmayıb.

Əksinə, ötən il İrəvanda təşkil olunan ağır atletika üzrə Avropa çempionatının açılış mərasimində Azərbaycan bayrağı yandırılıb.

"Zirə" - "Osiyek" görüşü avqustun 15-i keçiriləcək. Bu komandalar arasında ilk matç 1:1 hesabı ilə başa çatıb.

Mərkəz müdafiəçisi Stepa Mkrtçyan “Zirə” ilə Xorvatiyadakı ilk oyunda əsas heyətdə yer alıb və 63 dəqiqə meydanda olub.

Digər Xəbərlər
Xəbər Lenti
16 Sentyabr 18:10 Çək və bizə göndər!
16 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
16 Sentyabr 08:40 Cəfərov UEFA-ya lazım oldu
16 Sentyabr 05:10 “Şahdağ” Bayıl yolunda
16 Sentyabr 02:50 "Kəpəz"in 1000 oyunu var