“Osiyek” 5 qolla “Zirə”yə “gözlə, gəlirəm” söylədi

26 İyul 2024 01:10 Hadisə 3 330
“Osiyek” 5 qolla “Zirə”yə “gözlə, gəlirəm” söylədi

Konfrans Liqasının III təsnifat mərhələsində "Zirə"nin potensial rəqibləri olan "Osiyek" (Xorvatiya) və "Levadia" (Estoniya) arasında ilk görüş keçirilib.

Sportinfo.az xəbər verir ki, rəqibini 5:1 hesabı ilə darmadağın edən “Osiyek” növbəti mərhələyə yüksəlmək üçün yaxşı şans əldə edib.

“Zirə” ilk matçda Slovakiya təmsilçisi “DAK 1904” üzərində 4:0 hesablı qələbə qazanıb.

Bu isə o deməkdir ki, ilk görüşlərdən sonra növbəti mərhələdə “Osiyek” - “Zirə” cütünün formalaşmaq şansı böyükdür. Bu halda təmsilçimiz ilk oyununu səfərdə keçirəcək.

"Osiyek" (Xorvatiya) və "Levadia" (Estoniya) 5:1
Qollar:
İoan Yakovlev, 8 (0:1), Ramon Mierez, 9 (1:1); 18 (2:1); 27 (3:1), Renan Guedes, 34 (4:1), Domaqoy Bukviç, 68 (5:1)

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti