"Zirə" gecikməyin, "Masallı" Ruslanın badına getdi

26 İyun 2024 02:50 Hadisə 1 869
"Zirə" gecikməyin, "Masallı" Ruslanın badına getdi

AFFA-nın İntizam Komitəsi iki kluba texniki məğlubiyyət verib.

Sportinfo.az xəbər verir ki, xəbər verir ki, cəzaya məruz qalan komandalardan biri U-17, digəri U-16 Liqası iştirakçısıdır.

U-17 Liqasında iyunun 20-də keçirilməli olan “Kəpəz” - “Zirə” matçı qonaqların təyin edilən vaxtda meydana çıxmaması səbəbindən baş tutmayıb. Nəticədə “Zirə”yə 0:3 hesablı texniki məğlubiyyət verilib.

U-16 Liqasında isə “Masallı” “Atletico Baku” ilə matçda oyunu buraxmalı olan Ruslan Abdulxalıqovun xidmətindən istifadə etdiyinə görə cəzalanıb. Bölgə təmsilçisinə 0:3 hesablı texniki məğlubiyyət verilib.

Digər Xəbərlər
Xəbər Lenti
14 Sentyabr 18:10 Çək və bizə göndər!
14 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
14 Sentyabr 13:40 "Şəfa" VÜSALına qovuşdu
14 Sentyabr 11:20 "Qarabağ"ı uda bilərdik"
14 Sentyabr 02:10 Məmmədov olmasa da...
14 Sentyabr 00:40 “Problemlərimiz var”