Bu da növbəti transfer

26 İyun 2024 02:30 Hadisə 7 260
Bu da növbəti transfer

Avropa Liqasının 1-ci təsnifat mərhələsində "Zirə"nin rəqibi olan “Şerif” (Moldova) daha bir futbolçunun transferini açıqlayaıb.

Sportinfo.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Tiraspol təmsilçisi əlcəzairli Sid Əhmədlə müqavilə imzalayıb.

Rusiyanın SSKA (Moskva) klubundan transfer edilən 19 yaşlı yarımmüdafiəçi son 6 ayı icarə əsasında “Şerif”də keçirib.

2023-cü ildən Əlcəzairin U-19 millisinə dəvət alan Əhməd meydana çıxdığı 6 oyunda 1 qol vurub.

"Şerif" bir neçə gün əvvəl Malta millisinin üzvü Raşed Əl-Tuminin transferini də açıqlamışdı.

“Zirə” "Şerif"lə ilk oyunu iyulun 11-də səfərdə, cavab matçını isə 18-də Bakıda keçirəcək.

Digər Xəbərlər
Xəbər Lenti
14 Sentyabr 18:10 Çək və bizə göndər!
14 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
14 Sentyabr 13:40 "Şəfa" VÜSALına qovuşdu
14 Sentyabr 11:20 "Qarabağ"ı uda bilərdik"
14 Sentyabr 02:10 Məmmədov olmasa da...
14 Sentyabr 00:40 “Problemlərimiz var”