Tanınmış azərbaycanlı idmançı atasının maşın arzusunu yerinə yetirdi

20 İyun 2024 16:40 Hadisə 1 620
Tanınmış azərbaycanlı idmançı atasının maşın arzusunu yerinə yetirdi

Tanınmış idmançı və aktyor Şükran Soltanov atdığı addımla gündəmə gəlib.

Sportinfo.az xəbər verir ki, atasına balaca "Prank" edən bodibilder daha sonra onun illərlə arzuladığını reallaşdırıb.

Belə ki Şükran 65 yaşı olan valideyninə həmişə arzuladığı "Mersedes" markalı avtomobil hədiyyə edib.

Bu anları sosial şəbəkə hesabından paylaşan idmançı düşüncələrini belə ifadə edib:

"Atamın 65 yaşı tamam oldu. Ata, səni ürəkdən təbrik edirəm.

Sən hər şeyin ən gözəlinə layiqsən. Sənə nə etsəm də, azdır.

Yadıma gəlir, hər zaman, bu sənin arzun olub. Ala bilmədiyin maşın idi. Allah sənə çox uzun ömür bəxş etsin.

Nə qədər ki, canımda can var, hər bir arzunu həyata keçirim. Sənin də, anamın da.

Dostlar, yenə deyirəm, söhbət avtomobilin hansı qiymətə olmasından getmir, məsələ illər öncə arzu edib, ala bilmədiyi maşından gedir".

Digər Xəbərlər
Xəbər Lenti
14 Sentyabr 18:10 Çək və bizə göndər!
14 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
14 Sentyabr 13:40 "Şəfa" VÜSALına qovuşdu
14 Sentyabr 11:20 "Qarabağ"ı uda bilərdik"
14 Sentyabr 02:10 Məmmədov olmasa da...
14 Sentyabr 00:40 “Problemlərimiz var”