Azərbaycan kubokunun final matçı günü stadionda müxtəlif şirkətlərin bannerlərinə rast gəlmək mümkün idi.
Lakin aralarında ən çox “Misli”nin reklam lövhələri seçilirdi.
Məlumdur ki, mərc kontoru Premyer Liqaya sponsorluq edir. Bu günə qədər Azərbaycan kuboku ilə bağlı Peşəkar Futbol Liqası ilə hansısa əməkdaşlığa rast gəlməmişik.
Belə olduğu təqdirdə “Misli”nin bannerlərinin meydanboyu quraşdırılması diqqətimizi çəkməyə bilməzdi.
PFL-in mətbuat katibi Sənan Abdullayev Sportinfo.az-a açıqlamasında məsələyə aydınlıq gətirib:
“Qeyd etdiyiniz kimi, “Misli” ilə Premyer Liqaya sponsorluqla bağlı müqaviləmiz var. Azərbaycan kubokunda bannerlərin yerləşdirilməsi bir oyunla bağlı idi.
Reklam lövhələrin yerləşdirilməsində maraqlı olan şirkətlərlə müxtəlif şərtlərlə razılığımız olmuşdu. “Misli” də həmin şirkətlərdən biri idi. Ödəniş qarşılığında bannerlər yerləşdirilmişdi.
Dediyim kimi, sırf final oyunu üçün nəzərdə tutulmuşdu, Azərbaycan kubokuna sponsorluqdan söhbət gedə bilməz”.
İyunun 2-də “Liv Bona Dea Arena”da keçirilən “Qarabağ” – “Zirə” oyununda ağdamlılar 2:1 hesabı ilə qalib gələcək ölkə kubokuna sahib olub.
HƏBİB

