Ölkənin tanınmış futbolçularından olan Cavid İmamverdiyev “Atv” telekanalarında yayımlanan “Elcanlı” verilişində qonaq olub.
Proqramın aparıcısı Elcan Rəsulov Cavidlə bir çox mövzularda zarafat edəndən sonra futbolçuya mahnı oxumağı təklif edib.
Cavid Müslüm Maqomayevin ifasında populyarlaşan “Sinyaya veçnost” mahnısını canlı ifa etməklə zaldakıların alqışını haqq edib.
İmamverdiyevin gizli bacarığı ilə aşağıdakı videoda tanış ola bilərsiniz.
Vaxtilə “Neftçi”, “Karvan”, “Sumqayıt”, “Sabah” kimi komandaların formasını geyinən, Türkiyədə “Elazığspor”da legioner həyatı yaşayan 33 yaşlı futbolçu hazırda II Liqada mübarizə aparan “Kür Araz”ın uğurları üçün tər tökür.
HƏBİB / SPORTİNFO.AZ
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

