Azərbaycan klubunu tərk etdi, Musanın yanına yollandı - FOTOLAR

3 İyun 2024 20:00 Hadisə 5 171
Azərbaycan klubunu tərk etdi, Musanın yanına yollandı - FOTOLAR

Elitanı tərk edən “Qəbələ” ilə müqaviləsinin müddəti başa çatan futbolçulardan biri Rauf Hüseynlidir.

Karyerasını Premyer Liqada davam etdirməyi düşünən 24 yaşlı müdafiəçinin I Liqada top qovmayacağı dəqiqdir.

Raufun sabiq komandası “Şamaxı”ya qayıdacağı istisna olunmur. Lakin hələ ki, istirahətin dadını çıxarmağa çalışır.

Fürsətdən istifadə edən Hüseynli uzaq İsveçə yola düşüb. Səbəbkar təbii ki, Musa Qurbanlıdır. İllərdir dostluq edən futbolçular hər imkanda birlikdə xoş vaxt keçirməyə çalışırlar.

Buna qədər Niderlandda və BƏƏ-də dincəlmişdilərdə, indi Stokholmda gəzib-dolaşır, deyib-gülürlər.

İsveçdə çempionat yaz-payız sistemi ilə keçirildiyindən, Musa Qurbanlı hazırda “Yurqarden”in heyətində qarşıdakı matçlara hazırlaşır.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
14 Sentyabr 18:10 Çək və bizə göndər!
14 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
14 Sentyabr 13:40 "Şəfa" VÜSALına qovuşdu
14 Sentyabr 11:20 "Qarabağ"ı uda bilərdik"
14 Sentyabr 02:10 Məmmədov olmasa da...
14 Sentyabr 00:40 “Problemlərimiz var”