Azərbaycanlı hüquqşünas agent statusu aldı, “Sportinfo”ya bunları dedi

1 İyun 2024 20:00 Hadisə 706
Azərbaycanlı hüquqşünas agent statusu aldı, “Sportinfo”ya bunları dedi

Azərbaycanlı idman hüquqşünası Elcan Həsənli yeni status alıb.

O, bundan sonra həm də FİFA agenti adını daşıyacaq.

İmtahandan uğurla keçən Həsənli bütün çətinliklərə və təzyiqlərə baxmayaraq, qarşısına qoyduğu məqsədə çatıb.

Elcan bəy Sportinfo.az-a açıqlamasında

“2023-cü ildən etibarən FİFA bu prosesi imtahan tələbi ilə mərkəzləşdirilmiş qaydada həyata keçirir. Dünya futbol qurumu indiyə qədər bir neçə dəfə tənzimləmələr etmişdi.

FİFA-nın müəyyən etdiyi imtahandan uğurla keçən və digər tələblərə cavab verən şəxslər FİFA agenti statusuna yiyələnir.

Bildiyiniz kimi, idman hüquqşünasıyam və bu imtahan da sırf hüquqi imtahandır. İmtahan verərək bu sahəyə keçid etməyi düşündüm.

Səmimi deyim, bu mənada idman hüquqşünası olmağım köməyimə çatdı. Bildirmək istəyirəm ki, hazırlıq kursumuzun daha beş nəfəri bu imtahandan uğurla keçdi.

Azərbaycan kimi kiçik futbol ölkəsi üçün çox böyük uğurdur. Çünki heç də bütün ölkələrin nümayəndələri bu statusa sahib ola bilmir.

Futbolumuzun inkişafı, oyunçularımızın legioner həyatı yaşaması üçün mütləq savadlı, bu işin incəliklərini bilən futbol agentlərinə ehtiyac var. İnşallah, ölkəmiz və idmanımız adına xeyirli olar”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti