COP29

“44 günlük müharibədən buna görə sağ çıxdıq” – Paşinyan dedi

28 May 18:50 Hadisə 604
“44 günlük müharibədən buna görə sağ çıxdıq” – Paşinyan dedi

"2020-ci ilin 44 günlük müharibəsindən sonra Ermənistan Respublikası məhz bizə reallığı dərk etməyə və reallığa təsirə imkan verən yeni düşüncə tərzlərinə görə ayaqda qaldı".

Bu sözləri Ermənistan Baş naziri Nikol Paşinyan Ermənistan müstəqillik günü ilə bağlı yaydığı müraciətində bildirib.

“Bu yeni düşüncə tərzi və baxış bucaqları göstərir ki, daim dəyişən dünyada daim dəyişmək və inkişaf etmək, çağırışlara və məqsədlərə uyğun qərarlar qəbul etmək bacarığı dövlətin daimiliyinin təmin olunmasının düsturu, həyat qabiliyyətinin açarıdır”, - o bildirib.

Paşinyan vurğulayıb ki, azadlıq kifayət deyil, ədalət lazımdır, təhlükəsizlik kifayət deyil, sülh lazımdır, firavanlıq kifayət deyil, xoşbəxtlik lazımdır, canlılıq kifayət deyil, həyat lazımdır:

“Biz məhz bu yolla gedirik. Bir çox insan yavaş hərəkət etdiyimizi düşünür. Əslində sürət yavaşdır, lakin fasiləsizdir. Biz fasiləsiz irəliləyirik və üfüqdə istədiyimiz hədəfi görürük”, - o bildirib.

Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!