Sosial şəbəkədə canlı yayım açdı, siqaret və qəlyan çəkdi, içdi

27 May 2024 03:50 Hadisə 962
Sosial şəbəkədə canlı yayım açdı, siqaret və qəlyan çəkdi, içdi

"Zenit"in yarımmüdafiəçisi Vendel Sankt-Peterburq klubunun mövsümü Rusiya Premyer Liqasının qalibi kimi bitirməsindən sonra "Instagram" sosial şəbəkəsində canlı yayıma çıxıb.

Sportinfo.az xəbər verir ki, braziliyalı futbolçu yayım zamanı siqaret və qəlyan çəkib, həmçinin spirtli içki qəbul edib.

Vendel 2020-ci ildə Portuqaliya "Sportinq"indən "Zenit"ə keçib. Cari mövsüm başlamazdan əvvəl o, Sankt-Peterburqdan klubdan ayrılmaq istəsə də, klubdan buraxılmağa razılaşa bilməyib.

Rusiya Premyer Liqasının son turunda "Rostov"u 2:1 hesabı ilə məğlub edən "Zenit" ardıcıl altıncı dəfə Rusiya çempionu olub.

Komanda 57 xal toplayıb. Maraqlıdır ki, "Zenit” heç-heçə etsəydi, "Krasnodar” ölkə çempionu olacaqdı.

Digər Xəbərlər
Xəbər Lenti
14 Sentyabr 18:10 Çək və bizə göndər!
14 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
14 Sentyabr 13:40 "Şəfa" VÜSALına qovuşdu
14 Sentyabr 11:20 "Qarabağ"ı uda bilərdik"
14 Sentyabr 02:10 Məmmədov olmasa da...
14 Sentyabr 00:40 “Problemlərimiz var”