COP29

2025-ci ildə dünyanın gözü Azərbaycanda olacaq! - FOTOREPORTAJ

21 May 20:00 Hadisə 446
2025-ci ildə dünyanın gözü Azərbaycanda olacaq! - FOTOREPORTAJ

Azərbaycan Minifutbol Federasiyası ölkəmizdə idmanın bu növünü inkişaf etdirmək məqsədi ilə geniş tədbirlər həyata keçirir.

Belə tədbirlər arasında müxtəlif səviyyəli beynəlxalq yarışların Azərbaycanda keçirilməsi xüsusi əhəmiyyət daşıyır.

Federasiyanın 2025-ci ildəki dünya çempionatının Bakıda keçirilməsi ilə bağlı müraciət müsbət cavablandırılıb və gələn il mundial paytaxtımızda təşkil olunacaq.

Bununla bağlı “Four Seasons” otelinin “Segah” zalında Dünya Kuboku “Bakı-2025”in təqdimat mərasimi təşkil olunub.

Ölkə futbolunun tanınmış nümayəndələrinin, yerli federasiya rəhbərlərinin, media nümayəndələrinin dəvət olunduğu tədbirin əvvəlində Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.

Daha sonra tədbirin aparıcısının təqdimat mərasimi ilə bağlı açılış nitqi olub. Bu zaman 1 il əvvəl Bakıda keçirilmiş və yüksək təşkilatçılıq səviyyəsinə görə Dünya Minifutbol Federasiyasının diqqətini cəlb etmiş ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş beynəlxalq turnir haqqında videoçarx nümayiş etdirilib.

Azərbaycan Minifutbol Federasiyasının prezidenti Orxan Məmmədovun açılış nitqi ilə “Bakı-2025” dünya çempionatının ölkəmizdə keçirilməsi ilə bağlı məlumat verib.

Daha sonra Azərbaycan Gənclər və İdman naziri Fərid Qayıbov ölkəmizdə keçirilən müxtəlif beynəlxalq yarışların yüksək səviyyədə keçirilməsindən bəhs edib.

Dünya Minifutbol Federasiyasının prezidenti Filip Juda isə dünya çempionatının ölkəmizə həvalə olunması ilə bağlı çıxış edib.

Rəsmi çıxışlardan sonra 2025-ci il minifutbol üzrə dünya çempionatının Bakıda keçirilməsi ilə əlaqədar Azərbaycan Minifutbol Federasiyasının prezidenti Orxan Məmmədovla Dünya Minifutbol Federasiyasının prezidenti Filip Juda arasında anklaşma memorandumu imzalanıb.

Həmçinin dünya çempionatının təşkilatçılığı ilə bağlı Azərbaycan Minifutbol Federasiya ilə Bakı Şəhər Halqası arasında müqavilə imzalanıb. İmzalanma mərasimindən sonra Azərbaycan haqqında xüsusi videoçarxın nümayişi olub.

Sonda Azərbaycan Minifutbol Federasiyasının rəsmi internet səhifəsinin minifutbol.az və minifootball.az fəaliyyətə başlaması ilə bağlı videoçarx nümayiş olunub.

HƏBİB / SPORTİNFO.AZ

Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"