Azərbaycandan gedib dünya ulduzuna top daşıtdırdılar – VİDEO

21 May 2024 23:00 Hadisə 2 363
Azərbaycandan gedib dünya ulduzuna top daşıtdırdılar – VİDEO

Azərbaycanda yaşayan əslən gürcüstanlı bloger Nuqzar Kvirtiya Türkiyəyə səfər edib.

“Adana Demirspor”un şərəfini qoruyan millimizin qapıçısı Şahruddin Məhəmmədəliyevin dəvəti ilə baş tutan səfər tanınmış “Tik-Tok”çunun ürəyincə olub.

Nuqzar klubun bazasını gəzib, tanınmış futbolçuları yaxından görmək, ünsiyyət qurmaq imkanı qazanıb,

“Qalatasaray”la oyunu canlı izləyib, hətta Portuqaliya millisinin heyətində 2016-cı ildə Avropa çempionu adını qazanan Luis Nani ilə əyləncəli oyunda üz-üzə gəlib.

Nani, Şahruddin və Nuqzar “üçlüy”ünün topla davranış və dəqiqlik bacarıqlarını nümayiş etdirdikləri yarışmada dünyaca ünlü portəgizin kənara gedən topları yığması blogerin ürəyincə olub. O, hazırladığı vloqda bu barədə danışıb.

HƏBİB

Buyurun, siz də baxın.

Digər Xəbərlər
Xəbər Lenti
14 Sentyabr 18:10 Çək və bizə göndər!
14 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
14 Sentyabr 13:40 "Şəfa" VÜSALına qovuşdu
14 Sentyabr 11:20 "Qarabağ"ı uda bilərdik"
14 Sentyabr 02:10 Məmmədov olmasa da...
14 Sentyabr 00:40 “Problemlərimiz var”