Tərtərdə mina partladı - Ölən var

21 May 2024 18:30 Hadisə 518
Tərtərdə mina partladı - Ölən var

Tərtər rayonunda mina partlayışı baş verib.

Hadisə bu gün Həsənqaya kəndi ərazisində qeydə alınıb.

Belə ki, 1965-ci il təvəllüdlü Hacıyev Arzu Nəcəf oğlu keçmiş təmas xətti yaxınlığında, minalardan təmizlənməmiş ərazidə heyvan otararkən minaya düşüb. O, aldığı xəsarətlərdən hadisə yerində həyatını itirib.

Faktla bağlı Tərtər Rayon Prokurorluğunda araşdırma aparılır.

Xəbər Lenti
2 İyul 19:20 PFL 17 yaşına çatdı!
2 İyul 09:40 Üçüncü TRANSFER
2 İyul 07:20 Avro 2 manatı keçdi