Daha bir şəhidimiz 30 ildən sonra dəfn olundu - FOTOLAR

21 May 2024 15:30 Hadisə 889
Daha bir şəhidimiz 30 ildən sonra dəfn olundu - FOTOLAR

Birinci Qarabağ müharibəsində itkin düşmüş və şəxsiyyəti müəyyənləşdirilən şəhidlərdən biri - Xasiyev Elşən Nəzərəli oğlu Bakıxanov qəsəbəsindəki Şəhidlər xiyabanında dəfn olunub.

Dəfn mərasimində şəhidin ailə üzvləri, yaxınları ilə yanaşı, rəsmi şəxslər və ictimaiyyət nümayəndələri, şəhid ailələri, döyüş yoldaşları iştirak ediblər.

Şəhid Dövlət Himninin sədaları altında, dualar və yaylım atəşinin müşayiəti ilə son mənzilə yola salınıb.

Şəhidin tabutuna bükülmüş üçrəngli Dövlət Bayrağımız qızı Xəyalə Xasıyevaya təqdim edilib.

Xasıyev Elşən Nəzərəli oğlu 1968-ci ildə Bakının Kürdəxanı qəsəbəsində anadan olub. 1992-ci ildə Qarabağ uğrunda gedən döyüşlərdə şəhid olub.





Digər Xəbərlər
Xəbər Lenti
14 Sentyabr 18:10 Çək və bizə göndər!
14 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
14 Sentyabr 13:40 "Şəfa" VÜSALına qovuşdu
14 Sentyabr 11:20 "Qarabağ"ı uda bilərdik"
14 Sentyabr 02:10 Məmmədov olmasa da...
14 Sentyabr 00:40 “Problemlərimiz var”