COP29

Musanı görən olmadı, “Yurqorden” növbəti qələbəni qazandı

21 May 02:10 Hadisə 420
Musanı görən olmadı, “Yurqorden” növbəti qələbəni qazandı

İsveç çempionatında 10-cu turun oyunları keçirilib.

Sportinfo.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Musa Qurbanlının da formasını geyindiyi “Yurqorden” öz meydanında "Halmstad"ı qəbul edib.

Matç "Yurqorden"in 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Musa bu oyunda iştirak etməyib. Onun adı matçın iştirak ərizəsinə daxil edilməyib.

Yurqorden” hazırda turnir cədvəlində 22 xalla 2-cidir. Komanda lider "Malmö"dən 3 xal geri qalır.

“Yurqorden” - “Halmstad” 2:0
Qollar:
Qustav Vikheim, 7, Kol Nquen, 16

Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"