Xəbər verdiyimiz kimi, millət vəkili Qənirə Paşayeva 2 gün öncə müalicə olunduğu Mərkəzi Klinikanın reanimasiya şöbəsində vəfat edib.
Azərbaycan Premyer Liqasının 8-ci turunun “Turan Tovuz” – “Neftçi” görüşünrdən öncə meydan sahibləri Qənirə xanımı yad ediblər.
Arenanın manitorunda onunla bağlı videosujet yayımlanıb.
Yerli publika mərhumla bağlı kadrları sona qədər ayaq üstə izləyib və sonda alqışlayıblar.
48 yaşında vəfat edən Qənirə xanım Tovuz rayonunun Düz qırıqlı kəndində anadan olub.
XANOĞLAN / SPORTİNFO.AZ
Haqqında bəhs etdiyimiz videoya aşağıdakı linkdə baxa bilərsiniz: