Millimizin bu gecə oynayacağı stadionun dam örtüyü bağlandı – QAR TƏHLÜKƏSİ

27 Mart 2023 17:20 Hadisə 576
Millimizin bu gecə oynayacağı stadionun dam örtüyü bağlandı – QAR TƏHLÜKƏSİ

Stokholmda bu gün İsveç və Azərbaycan yığmaları arasında AVRO-2024-ün seçmə mərhələ oyununa ev sahibliyi edəcək "Frends Arena"nın dam örtüyü bağlanıb.

Sportinfo.az xəbər verir ki, buna səbəb matçın oynanılacağı Solna bölgəsində hava şəraitinin qeyri-sabit keçməsidir.

Havanın şaxtalı və qarlı olmasını nəzərə alan stadion rəhbərliyi Belçika ilə matçda (0:3) olduğu kimi, bu dəfə də dam örtüyünün bağlanmasına qərar verib.

İsveç - Azərbaycan görüşü Bakı vaxtı ilə saat 22:45-də başlayacaq. Hazırda Stokholmda havanın temperaturu -3 dərəcədir.

Gecə saatlarına doğru temperaturun daha da aşağı düşəcəyi gözlənilir.

Digər Xəbərlər
Xəbər Lenti
18 Oktyabr 18:50 Çək və bizə göndər!
18 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
18 Oktyabr 08:20 Əsgərov PAOK yolunda
18 Oktyabr 03:50 UEFA-nın kursu Qubada