Kriminal aləmdə tanınan keçmiş idmançı həbs olundu

19 Mart 2023 16:00 Hadisə 626
Kriminal aləmdə tanınan keçmiş idmançı həbs olundu

Boks üzrə yığmanın sabiq üzvü, kriminal aləmdə “Nicat Lənkəranski” ləqəbi ilə tanınan Nicat Əkbərov saxlanılıb.

Sportinfo.az xəbər verir ki, o, hüquq-mühafizə orqanlarının həyata keçirdiyi əməliyyat nəticəsində həbs olunub.

“Nicat Lənkəranski” Cinayət Məcəlləsinin 234.4.3-cü (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma - külli miqdarda törədildikdə) maddəsi ilə ittiham olunur.

Martın 10-da Bakının Nəsimi rayonu ərazisində Nicat Əkbərova qarşı silahlı hücum olunmuşdu.

Hadisəyə görə şübhəli şəxs qismində Şahmar İsmayılov, Elvin Qasımov və Vüqar Quliyev saxlanılıb. İnsident nəticəsində məsələyə aidiyyəti olmayan iki nəfər yaralanmışdı.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!