Premyer Liqada çıxış etmiş müdafiəçi yeni klubu ilə müqavilə imzaladı

29 Sentyabr 2022 18:20 Hadisə 345
Premyer Liqada çıxış etmiş müdafiəçi yeni klubu ilə müqavilə imzaladı

Yayda "Lion"dan ayrılan Ceyson Denayerin yeni klubu məlum olub.

Sportinfo.az xəbər verir ki, belçikalı mərkəz müdafiəçisi karyerasını Birləşmiş Ərəb Əmirliklərində davam etdirəcək.

27 yaşlı futbolçu "Şabab Əl Əhli" klubuna transfer olunub. Bu barədə klubun mətbuat xidməti video paylaşıb. Belçika millisinin üzvü yeni klubu ilə mövsümün sonuna kimi nəzərdə tutulan müqavilə imzalayıb.

Qeyd edək ki, Ceyson Denayer "Lion"a 2018-ci ilin yayında "Mançester Siti"dən transfer olunuşdu.

Təcrübəli oyunçu Fransa klubunun heyətində meydana çıxdığı 139 matçda 8 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Digər Xəbərlər
Xəbər Lenti