“Xan Lənkəran”ın prezidenti bu xəbərlə cənublu futbolsevərləri müjdələdi!

8 Avqust 2022 21:20 Hadisə 2 720
“Xan Lənkəran”ın prezidenti bu xəbərlə cənublu futbolsevərləri müjdələdi!

Lənkəranda yeni stadion tikiləcək. Bu işi “Xan Lənkəran”ın prezidenti Pərviz Hüseynov həyata keçirəcək.

Rusiyada yaşayam iş damı bu haqda rəsmi instagram hesabında məlumat paylaşıb.

Bildirib ki, Lənkəran rayonunun Yuxarı Nüvədi kəndində yeni arena inşa etməyə hazırdır. Pərviz Hüseynov qeyd edib ki, bu addım gənc nəslin idmana, xüsusilə futbola olan həvəsini artırmaq üçün atılır.

Ötən ilin yayında yaradılan “Xan Lənkəran” Region Liqasında çıxış edib və gümüş medal qazanıb.

Cənub təmsilçisi I Divizionda iştirakla bağlı dəfələrlə AFFA-ya müraciət ünvanlayıb, son variant olaraq “Qobustan”la varislik məsələsini gündəmə gətirib.

Lakin federasiya “ağ-yaşıllar”ın bütün çağırışlarına biganə yanaşıb, əvəzində “Araz-Naxçıvan”, “İmişli” və “Mingəçevir”i I Diviziona buraxıb.

“Xan Lənkəran” belə olan halda, region Liqasından çəkilib. Bölgə klubu bundan sonra yalnız uşaq futboluna diqqət ayıracaq, aşağı yaş qrupları üzrə ölkə çempionatında mübarizə aparacaq.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti