İrəvanda 44 günlük müharibənin iştirakçısı HƏBS EDİLDİ

1 İyun 2024 17:10 Hadisə 1 156
İrəvanda 44 günlük müharibənin iştirakçısı HƏBS EDİLDİ

Ayakve təşəbbüsünün idarə heyətinin üzvü və 44 günlük müharibənin iştirakçısı David Aristakesyan kütləvi iğtişaşların təşkilində qondarma ittihamlarla saxlanılıb.

Bu barədə radikal təşkilatın mətbuat xidməti məlumat yayıb.

“Biz dostumuzun həbsini qətiyyətlə pisləyirik və onun vaxtından əvvəl azadlığa buraxılması üçün çalışacağıq", - məlumatda qeyd olunub.

Mayın 31-də Ermənistan Xarici İşlər Nazirliyinin binası yaxınlığında toqquşma baş verib. Ermənistan İstintaq Komitəsinin məlumatına görə, etirazçılar polisə daş, su qabları və digər əşyalar atıblar. 28 etirazçı həbs edilib.

Digər Xəbərlər
Xəbər Lenti
1 Noyabr 20:00 Çək və bizə göndər!