Mənsimov “borc bataqlığı”nda – 25 min avroya aldı, 600 manata satdı

1 İyul 2022 16:00 Hadisə 17 355
Mənsimov “borc bataqlığı”nda – 25 min avroya aldı, 600 manata satdı

“Xəzər Lənkəran”ın prezidenti Mais Mənsimov eyniadlı stadionda növbəti satışı həyata keçirib.

Arenanın əsas çeydançasını işıqlandıran projektorların kabelləri onun göstərişi ilə sökülüb.

2004-cü ildə Niderlandan 25 min avroya alınan kabellər cəmi 600 manata satılıb.

Mais Mənsimov bunu məcburiyyətdən edib. O, hazırda maliyyə cəhətdən ciddi problemlər yaşayır.

Klub prezidenti maddi sıxıntılarını aradan qaldırmaq üçün ona aid bir çox obyektləri satıb. Bura Bakıda və Lənkəranda evlər, mənzillər, qeyri-yaşayış sahələri və bəzi başqa obyektlər daxildir.

M.Mənsimov 2014-2016-cı illərdə “Xəzər Lənkəran”ı daxili imkanları hesabına yaşadıb. Böyük qardaşı, İstanbulda yaşayan iş adamı

Mübariz Mənsimov düz 8 il öncə kluba maliyyə dəstəyini dayandırıb. Beləcə əsas dayağını itirən XL 2016-cı ildə Premyer Liqada sonuncu yeri tutub və çıxıçını dayandırıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda