Paris-2024-ün açılış mərasiminin videosu "yutub"dan silindi

29 İyul 2024 01:40 Hadisə 805
Paris-2024-ün açılış mərasiminin videosu "yutub"dan silindi

Paris-2024 Yay Olimpiya Oyunlarının rəsmi açılış mərasiminin videosu oyunların rəsmi saytından və yutub kanalından silinib.

Sportinfo.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Yay Olimpiya Oyunlarının Təşkilat Komitəsinin kommunikasiyalar üzrə direktoru Enn Deskam açıqlama verib.

Onun sözlərinə görə, bu, geo bloklama ilə bağlıdır.

Məlumata görə, geo bloklama və ya coğrafi bloklama termini ən çox internetdə filmlər və televiziya şouları kimi premium multimedia məzmununa girişi məhdudlaşdırmaq üçün, ilk növbədə müəllif hüquqları və lisenziyalaşdırma səbəbləri ilə əlaqələndirilir.

Olimpiadanın açılış mərasimi ciddi tənqid olunub. Xüsusən də mərasimin təşkilatçıları Leonardo da Vinçinin “Sonuncu şam yeməyi” tablosunun parodiyasına görə dindarlara hörmətsizlikdə ittiham olunublar.

Olimpiya Oyunları iyulun 26-da başlayıb, yarışlar avqustun 11-dək davam edəcək. Tədbir tarixdə ilk dəfə stadiondan kənarda - Sena çayının ətrafında baş tutub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti