Ermənistan Müdafiə Nazirliyinin Vazgen Sərkisyan adına Hərbi Akademiyasının rəisi polkovnik Arsen Manqasaryanın rəhbərlik etdiyi nümayəndə heyəti ABŞ-da hərbi təhsil müəssisələrinin proqramları ilə tanış olub.
Bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, “amerikalı tərəfdaşlarla 11 gün aparılan müzakirələr zamanı gələcək əməkdaşlıqdan” bəhs edilib.
Görüşdə sözügedən hərbi akademiyanın komanda-qərargah şöbəsinin rəisi, Ermənistan MN-in sabiq mətbuat katibi Artsrun Ovannisyana da iştirak edib.
44 günlük müharibədən azərbaycanlılara öz yalanları ilə yaxşı tanış olan, döyüşdə aldıqları zərbələri “taktiki geriçəkilmə” kimi təqdim edən və buna görə barəsində çoxsaylı lətifələr yaranan Artsrun Ovannisyan ötən ilin sonunda bu vəzifəyə təyin edilib.



