Mövqelərimiz atəşə tutuldu - Naxçıvan istiqamətində

19 Avqust 2024 08:10 Hadisə 1 294
Mövqelərimiz atəşə tutuldu - Naxçıvan istiqamətində

Azərbaycan Ordusunun Naxçıvan istiqamətindəki mövqeləri atəşə tutulub.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Avqustun 18-i saat 19:30 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun Ləkətağ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.

Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 18:10 Çək və bizə göndər!