"Mənə "ağlayan uşaq", "zehni olaraq çox zəif" dedilər"

14 Oktyabr 10:20 Hadisə 149
"Mənə "ağlayan uşaq", "zehni olaraq çox zəif" dedilər"

DÇ-2022-dən sonra Braziliya millisində karyerasını bitirəcəyini deyən Neymara komanda yoldaşı Tiaqo Silva dəstək olub.

Sportinfo.az xəbər verir ki, jurnalistlərə açıqlama verən 37 yaşlı müdafiəçi aşağıdakı fikirləri səsləndirib:

"Milli komandada 2014-cü ilə dünya çempionatından sonra Neymarın yaşadıqlarına bənzər şeylər yaşadım.

Mənə "ağlayan uşaq", "zehni olaraq çox zəif" dedilər. Bunlar səni incidən şeylərdi və bilirsən ki, sən elə biri deyilsən.

Ümid edirəm ki, Neymar gülüşünü itirməz, hər zaman olduğu kimi xoşbəxt olmağa davam edər. O, çox gözəl bir uşaqdır. Xoşbəxt olduqda, sevdiyi işi görərkən, uğur qazanır".

Daha sonra Silva instaqram hesabında "Əgər yanında güclü birinə ehtiyacın varsa, bil ki, mən hər zaman orada olacağam. Silva ailəsi səni sevir" paylaşımını edib.

Digər Xəbərlər
Xəbər Lenti
27 Oktyabr 09:00 Eh, qızlar… FOTOLAR